Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Komsomol dairəsi kimi tanınan ərazidə baş verib.
1995-ci il təvəllüdlü Əhmədova Arzu Tariyel qızı yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.