Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nərimanov rayonu Fətəli xan Xoyski küçəsində qeydə alınıb.
Belə ki, 2013- cü il təvəllüdlü Fillipova Alsu Oleqovna yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.