![]() |
![]() |
Oğuzda 49 yaşlı kişi özündən 3 yaş kiçik olan qardaşını öldürüb.
İddiaya görə onlar ad günü mərasiminə yığışıblar. Qardaşlar arasında yaranan mübahisə ölümlə nəticələnib. Hadisədən sonra qətli törədən şəxs saxlanıb.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, qardaşlardan biri digərini öldürüb. Hadisə Oğuz rayonunda baş verib.
Qonşuların sözlərinə, ad gününə toplaşan qardaşlar arasında yaranan mübahisə davaya çevrilib. Bu zaman qardaşlardan biri o birini döşəməni silmək üçün istifadə edilən ağacla vurub və ağac sınıb. 49 yaşlı namiq şirinov ağacın sınmış hissəsini qardaşının ürək nahiyəsinə sancıb. Nəticədə 46 yaşlı Aqil şirinov ölüb.
Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin oğuz rayon şöbəsinə təhvil verilib. namiq şirinov şübhəli şəxs qismində saxlanıb. faktla bağlı oğuz rayon prokrorluğunda istintaq başlanıb.