Ağsu rayonunda (Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 156-cı kilometrliyi) "Mersedes" markalı minik avtomobili yol kənarına aşıb.
Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.