Xaçmaz rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonu Seyidli kəndində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Hicran İsfəndiyar qızı Dadaşova, 2004-cü il təvəllüdlü Səbinə Elçin qızı Dadaşova və 2005-ci il təvəllüdlü Dəniz Xəzər qızı Şahbazlı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.