![]() |
![]() |
Kürdəmirdə 20 yaşlı gənci qatar vuraraq öldürüb.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Karrar kəndindən keçən dəmir yolunda qeydə alınıb.
Kənd sakini Elgün Bünyəd oğlu Quliyevi qatar vurub. Ağır bədən xəsarətləri alan E.Quliyev hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunası üçün Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Fakt araşdırma aparılır.