Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib.
Axar.az Report-a istinadən şəhər sakini, 1980-ci il təvəllüdlü Elman Qəzənfər oğlu Namazov bıçaq xəsarəti alıb.
Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
E.Namazova döş qəfəsinin ön nahiyəsinin sağdan kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Hadisəni törədən şəxsin kimliyinin təyin edilməsi istiqamətində istintaq tədbirləri aparılır.
Faktla bağlı araşdırma başlanılıb.