Ukraynada daha 1 azərbaycanlı həlak olub, digəri isə ağır yaralanıb.
Axar.az Report-a istinadən xəbər verir ki, martın 11-də Donetsk vilayəti Volnovaxa istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun əsgərləri, əslən Azərbaycanın Sabirabad rayonundan olan Elnur Asəf oğlu Eyyubov snayperdən baş nayihəsinə açılan atəş nəticəsində həlak olub, əslən Azərbaycanın Samux rayonundan olan Raqif Vaqif oğlu Əliyev isə ağır yaralanıb.
Onların hər ikisi Ukrayna vətəndaşlarıdır.
Həlak olan azərbaycanlı yaralı həmyerlisinin qucağında keçinib. Yaralı həmvətənlimiz hazırda Donetsk vilayətində Ukrayna hərbi hospitallarının birindədir.