Şəkidə yaşayış evi yanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, yanğın ötən gün axşam saat 23 radələrində rayonun Əlyar kəndində 1970-ci il təvəllüdlü Arif Nurəddin oğlu Əhmədova məxsus, ümumi sahəsi 132 kvadratmetr olan birmərtəbəli 4 otaqdan ibarət yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.
Evə bitişik tikilmiş ümumi sahəsi 168 kvadratmetr olan yardımçı tikili yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.