![]() |
![]() |
Qubadlı rayonunda ölümlə nəticələnən qəza baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilən Xanlıq kəndi ərazisində baş verib. Kənd ərazisində Elnur Qurbanovun idarə etdiyi traktor hərəkətdə olarkən aşıb. Hadisə nəticəsində traktorun qoşqusunda olan Rasim Rəhmanov traktorun altında qalaraq ölüb.
Faktla bağlı Qubaqlı rayon prokurorluğunda araşdırma aparılır.