Son xəbərlər

 

Gəncə Ağır Cinayətlər Məhkəməsində 2 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

 

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə qətlə yetirilən Nərminin əmisi arvadı Nailə Quliyeva ifadəsini davam etdirib.

Şahid bildirib ki, Nərmin itkin düşdüyü gün onlara gəlib, əri Arifin gödəkçəsini gətirib. O, hətta həmin gün uşağın əynində olduğu iddia edilən geyimləri (gödəkçə, idman ayaqqabısı, papaq və s.) rəngini deyib:

"Bir gün əvvəl mənim qızımın toyu olmuşdu. Onda yoldaşım qardaşına öz gödəkçəsini vermişdi ki, toyda geyinsin, əynində köhnə paltar olmasın. Noyabrın 21-də saat 14.30 olardı, Nərmin həmin gödəkçəni gətirib verdi. Çıxıb üzbəüzdəki qaynımgilə getdi ki, oradan da atasının gödəkçəsini götürüb getsin".

İlkin Süleymanovun vəkillərinin vəsatəti əsasında Nailə Quliyevanın istintaqdakı ifadələri elan edilib. Həmin ifadələrdə isə o bildirib ki, qızının toyunun ertəsi gün başı tör-töküntünü yığışdırmağa qarışdığına görə həmin gün Nərmin gətirib gödəkçəni verəndə onu görməyib.

Vəkillər bildirib ki, şahid ya istintaqda, ya da məhkəmədə yalan ifadə verib. Ondan ifadələri arasındakı ziddyyətlərin səbəbini soruşublar:

- Məqsədiniz nədir ki, ya istintaqda, ya da məhkəmədə yalan danışmısınız?"

- Mənim heç bir məqsədim yoxdur. Məqsədim yalnız Nərminin qatilinin tapılmasıdır.

- Nərminin qatilinin tapılması üçün ilk növbədə sizlər - onun öz qohumları yalan danışmamalısınız.

Dindirmənin əvvəlində istintaqdakı ifadəsini oxuyub imzaladığını deyən şahid sonradan bu ziddiyyətlər ortaya çıxanda bildirib ki, həmin ifadəni müstəntiq yazıb, onu oxumadan imzalayıb.

Şahid məhkəmədə dindirilərkən o da məlum olub ki, hələ ibtidai istintaq getdiyi dövrdə cinayət işinə aid materiallar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yayılıb.

"Müharibə başlamamışdan (2020-ci ilin sentyabrında 44 günlük müharibəni nəzərdə tutur-red.) təxminən 10-15 gün əvvəl 4 maşında çoxlu adam gəlmişdi. Onda MTN işçiləri mənə və yoldaşıma İlkinin telefonundan çıxan videonu göstərdi. O vaxta qədər məndə İlkinin bu işi görməsilə bağlı tərəddüd vardı. Amma o videonu görəndən sonra əminlik yarandı. Meyit yanırsa, onu niyə telefonla çəkirdi?", - şahid deyib.

O, əlavə edib ki, Bakıdan gəlib onları sorğu-sual edib, videonu da göstərənlər mülki formada olublar.

Vəkillər bildirib ki, bu, çox ciddi qanun pozuntusudur və araşdırma aparılıb hüquqi qiymət verilməlidir: "Bizə istintaq sirrini yaymamaq barədə iltizama qol çəkdirirlər, istintaqın sonuna qədər sübutlarla tanış ola bilmirik. Amma özləri yayırlar. O videoda nə var ki?! Adam hüquqşünasdır, meyitin yandığını görüb və başa düşürdü ki, bu çəkiliş istintaqa lazım ola bilər, izlər itməsin. Heç bilməyib ki, meyit kimə məxsusdur".

Vəkillər vurğulayıb ki, həmin vaxt orada İlkin Süleymanov tək olmayıb, bu, videodakı səslərdən də aydın olur.

Şahid Nailə Quliyeva bildirib ki, yaxınları meyiti yumayıb: "Baldızlarım getmişdi, onlar dedilər ki, morqdan meyit hazır vəziyyətdə göndərilmişdi".

Məhkəmə prosesi martın 16-da davam edəcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü