![]() |
![]() |
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
1984-cü il təvəllüdlü Zərbəliyev İntiqam yaşadığı evdə özünü asaraq öldürüb.
Sabunçu Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.