![]() |
![]() |
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də saat 17 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Məhəmməd Nəcəfovun idarə etdiyi "BMW" markalı avtomobil konstruksiya dəyişiklikləri edildiyinə görə saxlanılıb.
Daxili İşlər nazirliyindən Mili.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün və sərnişini Əlirza Əliyevin narkotik vasitə qəbul etmələri müəyyən edilib və onlar Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil verilib.