Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Kərimova Arzu Hətəm qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.