Bakıda 43 yaşlı qadını avtomobil vurub.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 1979-cu il təvəllüdlü Məmmədova Vüsalə Rafiq qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.