Gəncədə intihar hadisəsi baş verib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində yaşayan 1960-cı il təvəllüdlü Etibar Xanəhmədov yaşadığı evdə özünü asaraq intihar edib.
Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.