![]() |
![]() |
Zaqatalada evdən 18 min manatlıq oğurluq edilib.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Zaqatala Raron Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan T.Babayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 3-cü Tala kəndindəki evlərin birindən 500 manat pul, 1 200 ABŞ dolları (2 500manat ) və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.