![]() |
![]() |
Şəmkirdə avtomobil qaçıran şəxs saxlanılıb.
Axar.az xəbər verir ki, Şəmkir RPŞ-yə yanvarın 2-də saat 3 radələrində Dəllər qəsəbəsi ərazisindən qəsəbə sakini B.Babayevə məxsus VAZ-2106 markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Yusifov müəyyən edilərək saxlanılıb, avtomobil sahibinə qaytarılıb.