![]() |
![]() |
Bakının Nizami rayonunda qadın bıçaqlanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Keşlə qəsəbəsində baş verib. Marketin qarşısında Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərova Pərvanə Canbaxış qızı tanıdığı oğlanın hücumuna məruz qalıb. Onun üzünə və boğazına ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Nizami Rayon Polis İdarəsi araşdırır.