Ağsu rayonunun Yenilik kəndində sakinlərə məxsus iribuynuzlu mal-qara sürüsü canavarların hücumuna məruz qalıb.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə kəndin dağlıq ərazisindəki Türmədərə adlanan yerdə baş verib. Kənd sakinlərin naxırını otaran Samir Musayev 4 canavarın mal-qaraya hücum etdiyini görüb. O, canavarları ərazidən qovmağa müvəffəq olub.
Qeyd edək ki, canavarların hücumuna məruz qalan inək kənd sakini Orxan Karmukova məxsus olub. Kənd sakinlərinin sözlərinə görə analoji hadisə dəfələrlə baş verib.