Ağstafada yanğın olub.
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, ümumi sahəsi 150 m² olan çörəkbişirmə sexinin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 200 m² olan quşçuluq sexinin yanar konstruksiyaları və yaxınlıqda dayanan “Toyota” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.
Bitişik ev və tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.