Kanadanın şimal və qərb bölgələrində son üç gündə rekord temperatur enişləri qeydə alınıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dekabrın 26-da Britaniya Kolumbiyası əyalətinin paytaxtı Vankuverdə son 50 ilin ən soyuq günü yaşanıb.
Belə ki, bazar günü şəhərdə mənfi 15,3 dərəcə soyuq qeydə alınıb. Bu rekord sonuncu dəfə Vankuverdə 1971-ci ildə reallaşmışdı. Həmin il şəhərdə mənfi 12,8 dərəcə soyuq yaşanmışdı.
Kanada Meteorologiya İdarəsi kəskin soyuqların Yeni ilə qədər davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.