Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
1998-ci il təvəllüdlü Əliyeva Almina Hüseyn qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol üzdə almacıq sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.