Bakıda zəhərlənmə hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Y.V.Çəmənzəmənli küçəsində yaşayan 2007-ci il təvəllüdlü Aynur Telman qızı Nuri yaşadığı evdə dəm qazından zəhərlənib. Xəsarət alan yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.