Zaqatalada azyaşlını küçə iti dişləyib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dağlı kəndində baş verib.
Kənd sakini 2015-ci il təvəllüdlü Səid Məmmədov sahibsiz itin hücumuna məruz qalıb.
S. Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan evə buraxılıb.