![]() |
![]() |
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda adam oğurluğunda təqsirləndirilən dəstənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Axar.az xəbər verir ki, keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər- Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı Şaiq Hüseynov və Fəqan Eminoğlu 8 il 6 ay azadlıqdan məhrum edilib.
Cinayət işi üzrə təqsirləndirilən Fərəh Rəsulovaya isə sınaq müddəti seçilməklə şərti cəza verilib. Adam oğurluğunda sifarişçi olan Aygün Abbasovaya isə 5 il həbs cəzası təyin edilib. A.Abbasova cəzasını övladının 14 yaşı tamam olandan sonra başlayacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıblar.
Dəstə üzvləri arasında idmançılar, dünya və Avropa çempionatları mükafatçıları da var.