Son xəbərlər

 

Qusar rayon Yuxarı Zeyxur kənd tam orta məktəbinin 8-ci sinif şagirdinin intiharının bəzi detalları məlum olub.

 

Milli.Az bildirir ki, məktəbin direktoru Hikmət Aağacanov Ölkə.az-a açıqlamasında 14 yaşlı qızın idman dərsi zamanı intihar etdiyini söyləyib:

"Həmin şagird L.O (şərti addır) əvvəllər rayonda başqa bir məktəbdə oxuyub, bizim məktəbə bu ilin sentyabrında gəlib. Hadisə baş verən gün onların sinfində idman dərsi olub Bütün sinif dərs üçün zala gedib. Dərsin bitməsinə 10 dəqiqə qalmış L.O müəllimdən su içmək üçün icazə istəyib. Müəllim razılaşmasa da, qız bir neçə dəfə icazə istəyib. Sonda icazə alan şagird 3-cü mərtəbə öz siniflərinə qalxıb. Həmin vaxtı sinif tamamilə boş olub. Həmin sinfin pəncərəsi müəllimlər otağından görünür.Təşkilatçı müavin həmin şagirdi pəncərənin kandarında oturaraq ayaqları sallanmış vəziyyətdə görüb və L.O-ya  içəri keçməsini deyib. Təşkilatçı 3-cü mərtəbəyə qalxana qədər qız özünü aşağı atıb".

Direktorun sözlərinə görə, yeniyetmənin ailəsində problemlər olub: "Qız valideynləri ilə birgə başqa kənddə yaşayır. O bizim məktəbə sonradan bir neçə sinif yoldaşı ilə birgə gəlib. Maraqlandım, sinif yoldaşları deyib ki, L.O-nun ailəvi problemləri olub. Deyilənə görə vaildeyinləri bir neçə dəfə ayrılıb barışıblar. Azyaşlı onun problemlərini heç kimin həll edə bilməyəcəyini deyib".

H.Ağacanov 8-ci sinif şagirdinin internetdə "mavi balina" oyunu oynadığını söyləyib: "Sinif yoldaşları deyir ki, L.O internetdə "mavi balina" adlı oyun oynayırmış. Qız oyunu oynadıqdan sonra rəfiqələrinə özlərini öldürməyi istəyib-istəmədiklərini soruşub, onlara "mən öləndə güləcəksiniz" deyib.

Həmin şagirdə bizim məktəbdə güldən ağır söz deyən olmayıb. Mənim bildiyim, rəfiqələrinin danışdığı səbəblər bunlardır. Hadisəni prokurorluqda da araşdırırlar".

Direktor şagirdin səhhətindən də danışıb: "Ötən gün baş çəkdim. 2 dəfə üzi ediblər, daxili orqanlarında heç bir problem yoxdur. Sağ ayağı sınıb, qabırğaları zədələnib, dabanı əzilib. Bildiyim qədərilə bu gün əməliyyat olunacaq".

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü