Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, avtoqəza Nardaran qəsəbəsində qeydə alınıb.
Dəniz kənarında yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Axundov Mirsaleh Eldar oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.