Neftçala rayonunun Bankə qəsəbəsində 1 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 1400 m² olan üçmərtəbəli binanın üçüncü mərtəbəsinin 1 otağında 1 ədəd dolab yanıb.
Axar.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan qismən tavan qarsalanıb.
Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.