Qazaxda dəm qazından zəhərlən qadın xəstəxanada ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, həkimlərin səyinə baxmayaraq 1968-ci il təvəllüdlü Qəmər Ömərova bu gün səhərə yaxın xəstəxanada dünyasını dəyişib.
Hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.
Məlumata görə, Q.Ömərova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.