Zirə qəsəbəsində döyülmə hadisələri baş verib.
Axar.az Bakipost.az-a istinadən xəbər verir ki, sentyabrın 18-i saat 15:00 radələrində Zirə qəsəbəsində Tamaşa adlı şəxs xuliqanlıq zəminində qəsəbə sakini 1979-cu il təvəllüdlü Güləbətin Sovqatovanı döyüb.
Digər bir hadisə isə sentyabrın 20-i saat 02:00 radələrində qeydə alınıb.
2 nəfər naməlum şəxs qəsəbə sakini 1985-ci il təvəllüdlü Sevgi Nadirovanı döyüb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.