Şəkidə 4 yaşlı uşaq hasardan yıxılaraq ağır xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Turan qəsəbəsində baş verib.
Ehtiyatsızlıq nəticəsində hasardan yıxılan 2017-ci il təvəllüdlü Fariz Bağırzadə ağır kəllə-beyin travması alıb. Azyaşlı təcili paytaxtdakı klinikaların birinə göndərilib.