![]() |
![]() |
Şəmkir rayonunda bazarda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, rayonun bazarın ərazisində hər birinin sahəsi 5 m² olan taxta konstruksiyalardan ibarət 7 ədəd köşk və ümumi sahəsi 10 m² olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.