Şəmkir rayonunda döyülmə hadisəsi baş verib.
Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Ələkbərov Mahmud döyülərək ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi, onun kim və ya kimlər tərəfindən döyüldüyü barədə məlumat yoxdur .
Faktla bağlı araşdırmalara başlanılıb.