Bakıda məktəbdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dədə Qorqud qəsəbəsində yerləşən orta məktəblərin birindən 2 ədəd noutbuk, 2 ədəd monitor və 5 ədəd elektrik tənzimləyici oğurlamaqda şübhəli bilinən qəsəbə sakini C.Qənbərov saxlanılıb.
Araşdırma aparılır.