Azərbaycanda daha iki erməni barəsində cinayət işinin istintaqı yekunlaşlb.
Axar.az xəbər verir ki, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində Azərbaycan Cinayət Məcələsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunur.
Onlar barəsində aparılan ibtidai istintaq başa çatıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 14-ə təyin edilib.