![]() |
![]() |
Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, rayonda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 48 m² olan mənzilin yanar konstruksiyaları 22 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb