BDU tələbəsinin müəmmalı ölümündə sirr pərdəsi

Ölkə.Az" xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a müraciət edən Ş.Xasmətovanın atası Faiq Xasmətov hadisədən 62 gün keçməsinə baxmayaraq, qızının ölümü ilə bağlı müəmmanın hələ də müəyyənləşmədiyini bildirib:

 

“Noyabrın 21-də qızım Şəkər Xasmətova Bakı Dövlət Universitetinin yataqxanasında müəmmalı şəkildə vəfat edib. Həmin gün qızımdan morqda ekspertiza üçün nümunələr götürülüb. Hadisədən iki aydan çox vaxt keçməsinə baxmayaraq, ekspertizanın nəticələri açıqlanmır. Bunun səbəbini bilmirik. Əvvəlcə bizə ekspertizanın cavablarının 30 gün müddətinə çıxacağı bildirilmişdi. Ancaq ekspertizanın cavablarının gecikməsinin səbəbləri bizə açıqlanmır. 

Ekspertizanın cavablarını gecikməsi istintaqın da gedişinə mane olur. İşi Bakı Şəhər Prokurorluğunda yaradılmış istintaq qrupu aparır. Dəfələrlə müstəntiqlə və istintaq qrupunun rəisi ilə görüşmüşəm. Ancaq mənə ekspertizanın cavablarını gözləməyi məsləhət görüblər. Bilmirəm, nə qədər gözləməliyəm?

İki aydır balamı itirmişəm, hələ də ölüm səbəbini bilmirəm. 

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli açıqlama vermişdi ki, bu zəhərlənmə qidadan deyil, toksiki zəhərlənmədir. Bu maddəni tapmaq bu qədər çətindir? Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 62 gün müddətində bir maddəni aşkar etməməsinə necə dözmək olar? 

Bu gün bizim başımıza gələn sabah başqalarının başına gələ bilər. Biz bu məsələnin ilk gündən obyektiv araşdırılmasını istəmişik. Heç kimi ittiham etmək fikrində deyilik, çoxlu suallar var, amma cavabları yoxdur. Bu müəmmalı ölümü araşdırmaq üçün 62 gün az müddət deyil”.

 

F.Xasmətovun hüquqlarını müdafiə edən vəkil Türkel Süleymanlı isə ictimaiyyəti bu işlə bağlı diqqətli olmağa çağırıb:

“Bildiyiniz kimi, Xasmətova Şəkər Faiq qızı noyabrın 21-də müəmmalı şəraitdə vəfat edib. 20 yaşında qızın bu günə hələ də məlum olmayan mənbədən zəhərlənməsinin üstünün açılmaması həm bizə - onun ailəsinə daha da acı çəkdirir, əzabımızı artırır, həm də cəmiyyət üçün təhlükə mənbəyi olaraq  qalır.

Təəssüf ki, istintaq aparılması bizə deyilsə də, naməlum səbəbdən ekspertizanın aparılması iki aydır ki ləngiyir. Məhkəmə tibb ekspertizası bu işə xüsusi diqqət göstərməli olduğu halda hazırda istintaqın ləngiməsinin əsas səbəbkarıdır.

Xasmətovlar ailəsində artıq narahatlıq var ki, burada cinayətin  araşdırılması yerinə, əksinə, cinayət ört-basdır edilir. Bütün ictimaiyyəti bu işə diqqətli olmağa çağırırıq. İmkan verməyin bu iş ört-basdır edilsin. Bu, həm də sizin üçün  təhlükəlidir, çünki bu cinayətin mənbəyi və günahkarları müəyyən  edilməsə, başqa qurbanlar da ola bilər”.

14 Aprel 2025 Qumar oyunları təşkil edən şəxs sərbəst buraxıldı
24 Mart 2025 Duracaqda 22 maşın külə döndü - Video
19 Mart 2025 Çərşənbə şənliyi: kürdlər şəhərimizə iddia etdi
08 Mart 2025 Çərşənbə tonqalında yanan azyaşlı öldü
08 Mart 2025 Psixoloji problemi olan şəxs dərmandan zəhərlənib öldü
18 Fevral 2025 Bank kartlarından oğurluq edən şəxs saxlanıldı
17 Fevral 2025 Nazirlik əməkdaşı özünü güllələdi
12 Fevral 2025 Kişi təmizlik edərkən yuyucu tozdan zəhərlənib öldü
11 Fevral 2025 Dörd qadın futbolçunu ildırım vurdu
20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi