Son xəbərlər

 
10 yaşlı Nərminin qatili hələ də tapılmayıbDaxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Tovuzda azyaşlı qızın qətli ilə bağlı birgə məlumat yayıb.

“Ölkə.Az” xəbər verir ki, birgə məlumatda qeyd edilib ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın 2019-cu il noyabrın 21-də itkin düşməsi və bu il yanvarın 6-da yanmış meyitinin tapılması ilə əlaqədar sosial şəbəkələrdəki bəzi səhifələrdə həmin azyaşlının gec tapılmasında hüquq mühafizə orqanlarını məqsədli və qərəzli olaraq ittiham etməyə cəhdlər göstərilir:

“Bildiririk ki, 2019-cu il noyabrın 21-də saat 23 radələrində vətəndaş Şərif Quliyev Daxili İşlər Nazirliyinin “102 - Xidməti”nə zəng edərək qızı Nərmin Quliyevanın evdən getməsi və geri qayıtmaması barədə məlumat verib, həmçinin eyni məzmunlu ərizə ilə Tovuz rayon Polis Şöbəsinə müraciət edib. Polisdə dərhal lazımi araşdırmalara başlanılaraq Şərif Quliyevin və aidiyyəti kənd sakinlərinin izahatı alınıb, yaşadığı evə baxış keçirilib, zəruri əməliyyat tapşırıqları verilib və toplanmış materiallar 2019-cu il noyabrın 28-də Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilib.

Aparılmış araşdırmalarla Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.

Yanvarın 6-da azyaşlının meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri və digər əməkdaşları, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli mütəxəssisləri Tovuz rayonuna ezam olunublar.

Müəyyən edilib ki, Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərib və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.

2020-ci il yanvarın 6-da saat 19:30 radələrində isə kənd sakini İlkin Süleymanov evlərindən təxminən bir kilometr aralıda Nərmin Quliyevanın meyitini aşkar edib və bu barədə dərhal polisə məlumat verib.

Təxirəsalınmadan hadisə yerinə və meyitə mərhumun atasının və əmisinin iştirakı ilə baxış keçirilib, iş üzrə məhkəmə-tibbi, kriminalistik, bioloji, kimyəvi ekspertizalar təyin edilib, çoxsaylı şahidlər dindirilib, aidiyyəti orqanlara sorğular və əməliyyat tapşırıqları göndərilib.

Cinayətin qısa müddətdə açılması və onu törətmiş şəxsin yaxud şəxslərin müəyyənləşdirilməsi üçün intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri keçirilir. Nəticələri barədə əlavə məlumat veriləcəkdir”.

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü