![]() |
![]() |
Türkiyə-Rusiya marşutu ilə işləyən yük maşınında yanğın olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dəniz kənarında avtomobillə heyvanın vurularaq, rəhmsiz rəftara məruz qalması ilə bağlı fakt araşdırılıb.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə heyvana yardım etmək əvəzinə şəxsin istirahətinə davam etməsini əks etdirən video görüntülər müzakirələrə səbəb olub.
Həmin görüntülər hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Əməli törədən C.Səlimov müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 274-cü maddəsinə (Heyvanlarla rəhmsiz rəftar edilməsi) əsasən, protokol tərtib olunub.
Faktı Oxu.Az-a DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev təsdiq edib.