Erməni general xocalıları necə öldürməsindən danışdı
Sosial şəbəkələrdə Ermənistan ordusunun generalı, Xocalı soyqırımının iştirakçısı Vitali Balasanyanın əcnəbi jurnalistə özü və əsgərlərinin azərbaycanlıları necə öldürdüklərini danışması ilə bağlı sensasiyalı video yayılıb.

Axar.az xəbər verir ki, arxiv yazısında Balasanyan əsgərlərinin Xocalı qırğınından sağ qalanları uçuruma doğru necə apardıqlarını və oradan necə atdıqlarını danışıb.

Qeyd edək ki, bu erməni general silahsız xocalılara atəş açmaq əmrini verməsi, hətta şəxsən özünün də bu gülləbaranda iştirak etməsi barədə bir neçə dəfə etiraf edib.

Mətbuat konfranslarından birində general Balasanyan Xocalıda törətdiyi cinayətləri boynuna alır:

“Həmin hadisələrin təşkilatçısı və icraçılarından biri mən olmuşam. İnsanlara güllə də atmışam. O vaxt bununla bağlı təhqiqat işi də açılmışdı. Xüsusi qrup da gəlmişdi”.

Ucarda yük maşını yandı, yol bağlandı
Ucarda yük maşını yanıb.

Qafqazinfo xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, Bərdə rayon sakini Qədirov Pərvin Famil oğlunun idarə etdiyi "Mercedes" markalı yük maşınının qoşqusu qəfildən alovlanaraq yanıb. Hadisə yerində FHN-in yanğınsöndürənləri cəlb olunub. Hadisə nəticəsində Bakı-Qazax yolu Bakı istiqamətində yarım saatdan artıq bağlı qalıb.

Faktla bağlı araşdırma aparılır.


Azərbaycanda yüksək vəzifəli şəxsin oğlunu həbs etdilər
Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin narkotik vasitə ilə həbs edilməsinin yeni detalları məlum olub.

Report məlumata görə, Sabirabad Rayon Polis Şöbəsində (RPŞ) F.Ağayevin barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə cinayət işi başlanılıb.

Məlumata görə, F.Ağayevlə birgə Ramil Talıblı adlı şəxs də həbs edilib və onun barəsində CM-in 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlam, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq hər iki şəxsin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, F.Ağayev ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəd olub.

Qardaş bacısını qəbirstanlığa aparıb başını kəsdi
Abşeron rayonunda bacısının başını kəsərək qətlə yetirməkdə təqsirli bilinən Babək Fərzəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. 

İş üzrə məhkəmə hazırlıq iclası yxın günlərdə keçiriləcək.

Qeyd edək ki,  hadisə ötən il noyabrın 24-də Abşeron rayon Ceyranbatan qəsəbəsində yerləşən qəbirstanlıqda baş verib. 
24 yaşlı Babək Fərzəliyev 21 yaşlı bacısı Aytən Fərzəliyevanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindəki qəbiristanlıqda yaxın qohumlarının məzarını ziyarət edərkən öldürüb. 

O, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla A.Fərzəliyevaya çoxsaylı xəsarətlər yetirib, daha sonra başını kəsib.  

B. Fərzəliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu gün güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında martın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 11-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq yarada bilər.

Bakıda iki avtomobil toqquşubNəsimi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.Az" baku.tv-yə istinadən xəbər verir ki, qəza Səməd Vurğun və Ənvər Qasımzadə küçələrinin kəsişməsində qeydə alınıb. 

İlkin məlumata görə, S.Vurğun küçəsilə hərəkətdə olan və taksi fəaliyyəti ilə məşğul olan Anar Ağazadə idarə etdiyi “Opel” markalı nəqliytat vasitəsi sola dönmə əməliyyatı etmək istəyib.  

Bu zaman sürücü küçə ilə yüksək sürətlə hərəkətdə olan Vahid Tahirzadənin idarə etdiyi və taksi fəaliyyəti göstərən “Chevrolet” markalı nəqliyyat vasitəsini gözləməyib. Nəticədə hər iki avtomobil toqquşub.  

Qəza zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü və nəqliyyat vasitəsindəki xanım sərnişin xəsarət alıb. Əraziyə Nəsimi Rayon DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.  

Yolda sıxlıq yarandığından polis əməkdaşları tənzimləmə işləri aparıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.  

Nərminin qatilinin həbs müddəti bitdi: Azad ediləcək? – VİDEO
Bu gün Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən İlkin Süleymanovun 2 aylıq həbs müddəti bitir.

Bu müddət başa çatsa da, İ.Süleymanovun həbs müddətinin uzadılması ilə bağlı məhkəmə hələlik keçirilməyib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Tovuz Rayon Məhkəməsi İ.Süleymanov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

AXCP sədri Əli Kərimli Prezident Adminstrasiyasına dəvət olunub.

Bu barədə Əli Kərimli Osmanqızı TV-yə müsahibəsi zamanı bildirib.

Dəvət Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevdən gəlib. Partiya sədrinin köməkçisinə telefon açaraq Əli Kərimlinin görüşə dəvət ediblər.

Ə.Kərimli isə PA-da görüşə müavini Seymur Həzini göndərməyi qərara alıb. O, eyni zamanda, hakimiyyətlə şəxsi və partiya məsələlərini deyil, bir sıra siyasi məsələni müzakirə etmək istədiklərini bildirib.

Bakıda feminist qız intihara cəhd edib.
Tanınmış fəal Aysel Ələkbərzadə yaşadığı binadan özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib.
O, əlində tutduğu şüarla sosial şəbəkələrdə məşhurlaşıb. (bakupost)
 

Bir neçə müddətdir ki, kriminal aləm Yunanıstanda məskunlaşmış «qanuni oğru» Vaji (Vaja) Biqanişvili ilə Şota (Şotiko) Tevdoradze ilə münasibətlərini aydınlaşdırmağa çalışırdı. Bu məqsədlə Vaja Türkiyədə olan azərbaycanlı «qanuni oğru» Nadir Səlifova (Quli) müraciət edib. Vaja ilə konfliktdə olan Şotikonun daxil olduğu Kutaisi klanın «xaç atası» sayılan Merab Suxumski Qulinin bu məsələyə qarışmamasını istəyib. Amma Quli deyib ki, ona «qanuni oğru»kimi müraciət edilib və bunu rədd edə bilməz.

Bu səbəbdən İstanbulda 27 nüfuzlu «qanuni oğru»nun iştirakı ilə Qulinin məkanlarından birində «sxodka» keçirilib.

Bu konfliktin kökü 2015-ci ilə gedib çıxır. Şotiko Vajanın klanın daxil olan «qanuni oğru» Qeqi Modubadzeni döyüb. Bu isə Vajanın qəzəbinə səbəb olub. Bu konfliktə bağlı bir neçə dəfə toplantı çağırılması uğursuz başa çatıb. Üstəlik, Şotiko Qeqinin yaxınlarda Ukraynada deportasiya məntəqəsində olduğunu öyrəndikdə onun «oğru» olmadığı mesajını göndərib və frayerlər Qeqini yenidən döyüblər.

Bu isə Vajanı daha da qəzəbləndirib. Hadisədən daha sonra Kutaisi klanı «sxodka» çağırıb və konflikti sülhə bağlamağa çalışıblar. Vaja isə bununla razılaşmayıb. O deyib ki, «sxodka»nın sonunda ya Şotiko, ya da Qeqi «oğru»adından məhrum edilməli idi. Şotikonun Qeqini tanımamasına gəlincə, Vaja deyib ki, adamını döyəndə o, bir neçə «qanuni oğru»nun adını çəkib, amma Şotiko buna da fikir verməyib.

İstanbulda keçirilən «sxodka» ya Şotiko dəvət edilsə də, iştirak etməyib. Vaja bu konfliktə bağlı öz mövqeyini ortaya qoyub və nüfuzlu «qanuni oğru»lar onun dediklərinə inanıblar.

İstanbulda oğru toplantısı keçirilərkən, hazırda İspaniyada məhkəməsini gözləyən Taro ləqəbli Tariel Oniani və Merab Suxumski kimi tanınan Merab Canqveladzenin rəhbərlik etdiyi Kutaisi klanı isə Trabzonda «oğru toplantısı» keçirib.   /Musavat.com/