Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman rayonun Şirvanlı kəndində bir qrup şəxsin karantin rejimi qaydalarını pozaraq, futbol oynadıqlarını müəyyən ediblər.
Həmin şəxslər barəsində Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimə ediliblər.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 14-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.
Düşən yağıntının miqdarı Şəmkir, Şəki, Quba, Qusar, Xaltan, Kişçayda (Şəki) 1 mm olub. Qərb küləyi Naftalanda arabir 26 m/s, Gəncədə 24 m/s, Şabranda 22 m/s, Xaçmaz, Ağstafa, Neftçalada 20 m/s, Salyanda 17 m/s, Daşkəsən, Şəmkirdə 16 m/s, Maştağada 25 m/s, Bakıda 23 m/s, Binə, Sumqayıtda 22 m/s, Ələt, Qum adası, Pirallahı, Neft Daşlarında 20 m/s, Zabratda 18 m/s, Çilov adasında arabir 15 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Temperatur Bakıda iqlim normasından 2.4 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16-19, aran rayonlarında 20-26, dağlıq rayonlarda 14-18, Naxçıvan MR-da 18-24 dərəcə isti olub.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 13-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Aprelin 17-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bu barədə DİN-dən məlumat verilib.
Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər.
Belə ki, 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciətlər edərək epidemiya əleyhinə rejimin qaydalarını pozan 6 nəfər Lənkəran şəhər sakininin Nəsimi küçəsində futbol oyunu təşkil etdikləri aşkarlanıb.
Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.
Azadlıq prospektində 32 yaşlı Müşərrəf Zeynalova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu "Opel" markalı minik avtomobili onu vurub.
Yaralı aldığı xəsarətlərdən hadisə yerindən dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, M. Zeynalova "Banu" adıyla müğənnilik edirmiş. //Sonxeber.az
DİN Mətbuat Xidmətindən "Report" a verilən məlumata görə, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o, jurnalist olduğunu, çəkiliş etmək məqsədilə çölə çıxdığını bildirib.
Ondan vəsiqə tələb olunduqda heç bir sənəd təqdim edə bilməyib və planşetlə yoxlanılarkən 8103 SMS icazə sistemindən də icazəsinin olmadığı məlum olub. Özünü reportyor kimi qələmə verən həmin şəxs Polis Şöbəsinə dəvət edilib.
Şirvan Şəhər Polis Şöbəsində onun əvvəllər xəbər saytlarından birinin müxbiri işləyən, ancaq sonradan işdən kənarlaşdırılan və hazırda heç bir media orqanının əməkdaşı olmayan Şirvan şəhər sakini Mirsahib Səmədov olduğu müəyyən edilib.
M.Səmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati həbs olunub.
Baku.ws bildirir ki, “Həzi Aslanov” metrosu yaxınlığında, yeni tikilən binaların həyətində naməlum bir nəfər həyətdə park edilən avtomobillərə hücum çəkib.
Həmin şəxs maşınların şüşələrini sındırıb, dəmirini cızıb.
Beləliklə həmin şəxs 10-a yaxın maşına maddi zərər vurub.
Əraziyə polis çağırılıb. Həmin şəxs saxlanılıb. Onun sərxoş, yaxud ruhi xəstə olduğu guman edilir.
Faktla bağlı araşdırma aparılır.