Apa xəbər verir ki, hadisə rayonun Vidadi küçəsi, ev 31-də qeydə alınıb. Belə ki, həmin mənzildə yaşayan rayon sakini, 1974-cü il təvəllüdlü Müslim Cəbiyev bacısı, 1967-ci il təvəllüdlü Arzu Cəbiyeva tərəfindən bıçaqlanıb.
Araşdırmalar zamanı məlum olub ki, M. Cəbiyev sərxoş vəziyyətdə mənzilə daxil olub. Evdə ailə münaqişəsi zəminində mübahisə düşüb. Bu zaman A. Cəbiyeva qardaşını bıçaqlayıb. Hadisə zamanı A. Cəbiyevanın anası, 1938-ci il təvəllüdlü Maya Cəbiyeva da xəsarət alıb.
Trend xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Moskva prospekti ev 62, mənzil 19-da yaşayan 1957-ci il təvəllüdlü Şəhla Həsənova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, Ş. Həsənova Respublika Klinik Xəstəxanasının tibb bacısı vəzifəsində çalışıb.
Report xəbərinə görə, iki avtomobil toqquşub, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Hadisə nəticəsində Orxan və Məzahir Əhmədov adlı şəxs hadisə yerindəcə keçinib.
Eyni zamanda 1993-cü il təvəllüdlü Əhmədov Məhəmməd Məzahir oğlu və 1969-cu il təvəllüdlü Vəliyev Elçin ağır xəsarət alıblar.
M.Əhmədova müştərək travma və bud sınığı, E.Vəliyevə kəllə beyin travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Pravda.az xəbər verir ki, N.Bağırov bir neçə gün öncə karantin qaydalarını pozaraq bir qrup sahibkarla İsmayıllının Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib.
Məlumatda qeyd olunub ki, mәqsәd rayonun turizm potensialının tәdqiqi çərçivəsində “haykinq” kimi tanınan dağda piyada turist marşrutu və onunla əlaqədar turizmin digər imkanlarını yerində dəyərləndirmək olub. Yeni ekoturizm layihəsinin reallaşdırılması hündürlüyü 2214 metr olan dağın eyni adlı yaylağında nәzәrdә tutulur. N.Bağırov yaylaqda haykinq marşrutunu şəxsən özü sınaqdan keçirib. Qrup haykinqə 1480 metr yüksəklidən başlayıb və 2030 metr yüksəkliyə qədər irəliləyib. Yaylaqda qlampinq tipli hotelin də təşkili nəzərdə tutulur. Bu, heç bir növ infrastrukturu olmayan və tam təbii mühitdən ibarət meşədə daşına bilən, düşərgə tipli, beşulduzlu sığınacaqdır. Həmin hoteldən müxtəlif istiqamətlərdə haykinq marşrutların pasport layihəsi hazırlanır, GPS ilə coğrafi göstəriciləri müəyyən olunur. Yaylağın coğrafi movqeyi buradan Qəbələnin Laza, Qubanın Xınalıq və Haput kəndlərinə bu cür marşrutların təşkilini mümkün edir.
İsmayıllı RİH-dən məsələyə münasibət bildirilməyib.
Qeyd: Dövlət başçısının aprelin 21-də imzaladığı sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 5-8 dərəcə isti olacaq.
Bunu modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.
E.Zahidov qeyd edib ki, gücləndirilmiş rejimdə çalışan polis əməkdaşlarının koronavirusa yoluxması normaldır:
“Çünki onlar gün ərzində xidmət zamanı yüzlərlə insanla ünsiyyətdə olurlar. İlk gündən indiyədək vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, onların maariflənməsi istiqamətində xidmət aparırlar. Maksimum qaydada qorunmalarına, tibbi əlcək, tibbi maskadan istifadə etmələrinə baxmayaraq, polislər də koronavirusdan sığortalanmayıblar”.
E.Zahidovun sözlərinə görə, hazırda koronavirusa yoluxan polis əməkdaşlarının vəziyyəti stabildir:
“Dəqiq say açıqlaya bilmərəm. Amma onların hər birinin səhhəti normaldır, müalicələri davam edir”.
Yaşlarına gəlincə, DİN rəsmisi koronavirusa yoluxan polislərin gənclər olduğunu deyib:
“Şəhərdə xidmətdə olan polislərimizin hamısı gənclərdir. Ona görə yoluxanlar da elə gənc polislərimizdir. Allahdan hər birinə şəfa diləyirik!”
“HaberGlobal” verdiyi məlumata görə hadisə Trabzon şəhərinin Tonya rayonunda baş verib. Rayonun fındıq bağında yeni doğulmuş oğlan uşağının meyiti tapılıb.
Faktla bağlı 54 yaşlı M.Ç., onun qızı - uşağın anası olduğu iddia edilən 21 yaşlı P.Ç. və uşağın atası olduğu iddia edilən 22 yaşlı O.K. saxlanılıb.
Uşağın nikahsız doğulduğu bildirilir. Hadisə ilə bağlı cinayət işi başladılıb.
Belə ki, 16 yaşında anasını itirən qızın çətin vəziyyətdə iş axtarması, işdə zorlanması onun həyatının ən dəhşətli səhifələridir.
Məsələnin acınacaqlı tərəfi isə budur ki, onu zorlayan müdir qızı ikinci ailəsi kimi saxlayacağını bildirsə də, sözünün üstündə durmayıb.
Qız sonda öz başına gələnləri qardaşına danışıb. Qardaşı həmin şəxsi evə çağırıb. Ancaq burada da yazıq qızın bəxti gətirməyib. Qardaşı onu bir telefona satıb.
Daha ətraflı Baku TV-nin “Pis yolun qurbanı” reportajında:
"Ölkə.Az" APA-a istinadən bildirir ki, Bakının Binəqədi rayonu ərazisində qeydə alınmış avtoqəza zamanı avtomobil beton maneələrə çırpılıb.
Bildirilib ki, yolda gedən təmir işləri ilə əlaqədar Sumqayıt istiqamətində arakəsmə olaraq beton maneələr düzülüb. Bu vaxt həmin istiqamətdə hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq həmin maneələrə çırpılıb. Avtomobil daha sonra aşıb.
Hadisə nəticəsində sürücü - 1993-cü il təvəllüdlü Baxışlı İlkin Bəykişi oğlu, Qurbanov Tural Səməndər oğlu və 1999-cu il təvəllüdlü Cəlilov Sadiq Seyhun oğlu ağır bədən xəsarətləri alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Xəstəxanın həkimlərinin verdiyi məlumata görə, S.Cəlilovun vəziyyəti çox ağırdır.
Hadisənin təfərrüatları araşdırılır. Şahidlərin bildirdiyinə görə, bu, son bir sutkada eyni ünvanda baş vermiş ikinci hadisədir.
Qeyd edək ki, qəza nəticəsində yanacaq dağıldığından FHN-in yanğınsöndürənləri də əraziyə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Apa xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Qara Qarayev prospekti ev 24, mənzil 13 ünvanında qeydə alınıb. Hamam otağındakı su qızdırıcısında baş verən nasazlıq nəticəsində partlayış olub. Partlayış zamanı ev sahibi, 1958-ci il təvəllüdlü Famin Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.