Məhkəmədən çıxan icra başçısı ailə üzvlərinə bu sözləri dedi
Mayın 6-da Səbail rayon Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev barəsində həbs qərarı qapalı iclasda çıxarıldı.

Bizimyol.info xəbər verir ki, V.Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün istintaq orqanının təqdimatına baxılarkən məhkəmə binasının qarşısında sabiq icra başçısının ailə üzvləri gözləyirdi.

İclas başa çatandan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları V.Hacıyevi məhkəmə binasından çıxarıb, maşına mindirəndə sabiq icra başçısı onu gözləyən ailə üzvlərini görüb. Binadan çıxarılıb maşına mindirilənə qədər bir neçə saniyə ərzində oğluna və həyat yoldaşına bunları deyə bilib: “Hər şey yaxşı olacaq. Bu günlər keçəcək. Haqq yerini tapacaq…”

V.Hacıyev mayın 5-də DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Mayın 6-da prezident İlham Əliyev onun İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

V.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Məhkəmə Vilyam Hacıyev barəsində qərar verdi
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Oxu.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində verilən vəsatət təmin edilib və V.Hacıyev barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, V.Hacıyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla vəzifəsindən azad edilib.

DTX-nın həbs etdiyi icra başçısı məhkəmə qarşısına çıxarılır
DTX-nın həbs etdiyi icra başçısı məhkəmə qarşısına çıxarılır

O, Səbail Rayon Məhkəməsinə gətirilib. Məhkəmənin qərarı elan ediləcək.

Qeyd edək ki, V. Hacıyev DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla vəzifəsindən azad edilib.

Azərbaycanda icra başçısı şöbə müdirini danladı
Bir neçə gün əvvəl Gədəbəy rayon İcra Hakimiyyətinin şöbə müdirinin qəfil vəfat etməsi barədə məlumat vermişdik.

Gədəbəy RİH-in vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Həsənov Rakif Cəbrayıl oğlunun ürək tutması nəticəsində vəfat etdiyi bildirilmişdi.

Yaxınlarının verdiyi məlumata görə, şöbə müdiri icra başçısı İbrahim Mustafayev tərəfindən ölümündən bir neçə gün əvvəl iş otağında ağır şəkildə danlanıb. Bu zaman o, özünü pis hiss edib və iş yoldaşlarının köməkliyi ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onda infarkt əlamətləri müəyyən edilsə də, R.Həsənov evə buraxılıb. Çox keçmədən RİH-in şöbə müdiri ürək tutmasından dünyasını dəyişib.

Publika.az-ın məlumatına görə, icra başçısı İbrahim Mustafayevin dövründə bu cür hal artıq 3-çü dəfədir baş verır. Belə ki, ötən ilin aprelində Qaradağ kəndinin icra nümayəndəsi Cahangir Qasımov icra hakimiyyətinin binasında dünyasını dəyişib, ilin sonlarında isə Söyüdlü kəndinin icra nümayəndəsi Asif İsgəndərov başçını qəbulundan çıxıb evə gəldikdən sonra huşunu itirərək xəstəxanaya aparılıb. (publika.az)

http://olke.az/uploads/1588763309/opo.jpg
Sabahın havası
Azərbaycanda mayın 7-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir.

Səhər duman olacaq, mülayim şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 18-21, Bakıda gecə 14-16, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 750 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Mayın 7-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 7-8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bakıda 10 yaşlı qız ÖZÜNÜ ASDI
Bakının Sabunçu rayonunda 10 yaşlı qız intihar edib.

Bu barədə "oxu.az"a hüquq-mühafizə orqanlarından bildirilib.

Faciə 5 may, saat 15:30-da baş verib. Zabrat qəsəbəsində D.K. (2010-cu il təvəllüdlü) adlı azyaşlı evdə dolabın qapısından iplə özünü asıb.

Faktla bağlı cinayət işi açılıb. Rayon prokurorluğu araşdırma aparır.

Gəncədə ər arvadını qətlə yetirib
Gəncə şəhərində həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Zaur Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Dadaş İmanovun icraatında olan iş üzrə hazırlıq iclası iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Gəncə şəhəri, Zülfi Hacıyev küçəsində baş verib.

Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Orucov həyat yoldaşı, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə ittiham verilib.

Bakıda məşhur bankda əməliyyat
“Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə məlumaı Baş Prokurorluq yayıb.

Qeyd edilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bankın 12 saylı filialının direktoru Şükür Həsənovun filialın xəzinədarı Babək İbrahimli ilə birgə vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Onlar özləri və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə 2017-ci ilin yanvar ayından etibarən vətəndaşların razılığı olmadan qanunsuz olaraq pul vəsaitlərinin mübadiləsini həyata keçirib.

O cümlədən, 19 fiziki şəxsin xəbəri olmadan onların adlarına əməliyyatlar apararaq, ümumilikdə 190 min ABŞ dolları məbləğində qanunsuz valyuta alışı əməliyyatlarını həyata keçirmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycanda İYRƏNC CİNAYƏT
Gəncə şəhərində adam oğurluğu və zorlama cinayətində təqsirli bilinən Sərxan Həsənov, Zaur Eyvazov və Ayxan Fərhadoğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası iyun ayının 2-nə təyin olunub.

Qeyd edək ki, Sərxan Həsənov, Zaur Eyvazov və Ayxan Fərhadoğlu birləşərək S.V(adı və soyadı şərtidi)-nı qaçırıblar, sonra isə Ayxan qızla cinsi əlaqədə olub. Qızlarının qaçırılmasından xəbər tutan valideyinlər dərhal polisə xəbər veriblər. 

Polis əməkdaşları tərəfindən qızı qaçıran şəxslər və zorla cinsi əlaqədə olan şəxs tutularaq məsuliyyətə cəlb edilib. 

Onlara qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 149.1-ci (zorlama - yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanıb.

Azərbaycanda həbsxanalarda koronavirusa yoluxan olub?
Azərbaycanda koronavirus pandemiyasının başladığı vaxtdan etibarən cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında aparılan işlər ictimaiyyətin maraq dairəsindədir.

Bununla bağlı Ədliyyə Nazirliyi "qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxma halları qeydə alındığı vaxtdan Ədliyyə Nazirliyi Penitensiar xidmətin müəssisələrində və digər struktur qurumlarında pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə başlanılmış kompleks profilaktiki tədbirlər bu günədək yüksək səviyyədə davam etdirilir.

Həyata keçirilmiş ilk tədbirlərdən biri vətəndaşların penitensiar müəssisələrə daxil olmasının, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsinin, habelə gətirilən sovqatların qəbul edilməsinin müvəqqəti dayandırılması olub.

Eyni zamanda Penitensiar xidmətin əməkdaşları tərəfindən aparılan ətraflı izahedici işlərin nəticəsidir ki, məhkumların ailə üzvləri və yaxınları tətbiq olunan müvəqqəti məhdudiyyətləri anlayışla qəbul edir və dəstəkləyirlər.

Vəkil, müstəntiq, həkim və digər aidiyyətli şəxslərin müəssisələrə buraxılışında isə heç bir məhdudiyyət yoxdur, lakin bu prosedur xüsusi qaydada həyata keçirilir.

İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə fərdi müdafiə vasitələri, məsafədən hərarəti ölçən cihazlar və dezinfeksiya avadanlıqları ilə təchiz edilmiş nəzarət-buraxılış məntəqələri əvvəlki qaydada gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Əvvəlki rəsmi məlumatlarda da qeyd olunduğu kimi, həyata keçirilən tədbirlərin icrasını nəzarətdə saxlamaq məqsədilə nazirliyin aidiyyətli məsul işçilərindən və Ədliyyə naziri yanında İctimai Komitənin nümayəndələrindən ibarət monitorinq qrupunun üzvlərinin penitensiar müəssisələrə baş çəkmələri intensiv şəkildə davam etdirilir, məhkumların saxlanma, tibbi və dərman təminatı diqqət mərkəzində saxlanılır.

Görülmüş işlərin nəticəsidir ki, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanın cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında bu günə kimi şəxsi heyət, məhkum və həbs edilmiş şəxslər arasında koronavirus infeksiyasına yoluxma halı qeydə alınmayıb.

Bu arada bildirək ki, Bakı İstintaq Təcridxanasında da koronavirus pandemiyasının başladığı gündən etibarən kompleks profilaktik tədbirlər həyata keçirilir.

Məlumdur ki, pandemiya ilə əlaqədar məhkəmə prosesləri təxirə salınıb. Ona görə də məhkumlar əsasən Bakı İstintaq Təcridxanasında saxlanılır.

Bununla əlaqədar olaraq da təcridxanada mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir, yeni gələn məhkumların qızdırması ölçülür.