Son xəbərlər

Mayın 12-də Kürdəmir rayonunda “Dördyol” kimi tanınan ərazidəki “Cavidan” marketin qarşısında 45 yaşlı Cəbrayılov Cəmşid Səlim oğlunun tanışı, 30 yaşlı sakini İslamov Rahim Nəsir oğlu tərəfindən çoxsaylı bıçaq zərbələri ilə öldürülməsi barədə məlumat vermişdik.

Hadisə marketin kamerası tərəfindən anbaan lentə alınıb.

Görüntülərdən məlum olur ki, C.Cəbrayılovla R.İslamov marketin önündə dalaşmağa başlayırlar və bir-birinin yaxasından tuturlar. Bu zaman Cəmşid Rahimə yumruqla, qarşı tərəf isə bıçaqla ona zərbələr endirir. Çoxsaylı bıçaq zərbələri alan C.Cəbrayılov ayaq üstə qala bilsə də, səndələməyə başlayır və bir neçə saat sonra xəstəxanada daxili qanaxmadan ölür.

İlkin araşdırmalar zamanı məlum olub ki, C.Cəbrayılov kriminal aləmə yaxın şəxs olun. Hər iki şəxs əvvəllər birlikdə məhkumluq həyatı yaşayıb və bir-birlərini tanıyıblar. Münaqişənin kiçik mübahisədən qaynaqlandığı üzə çıxıb.

Artıq qətli törədən şəxs axlanılıb və onun barəsində cinayət işi başlanıb.

 

 
Qətl hadisəsini əks etdirən videonu və öldürülən C.Cəbrayılovun bəzi fotolarını təqdim edirik. (publika.az)

 

Mətbuatda “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a deyib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:

“İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Təfərrüatları barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.

Bakının mərkəzində, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Dövlət Xidmətinin həbs olunan rəisi Zakir Sultanova məxsus “Casual Brasserie” kafesinə qanunsuz əlavə edilmiş tikilinin-artırmanın söküntüsü işlərinə başlanılıb.

Bir müddət əvvəl şəhər rəhbərliyinin restoran və kafelərə edilən bütün əlavə artırmaların sökülməsi barədə qərarından sonra, “Torqovı”dakı “Casual Brasserie” yeganə obyekt idi ki, onun geniş şüşəli artırmasına toxunulmamışdı.

Diqqəti çəkən məqamdır ki, Zakir Sultanov rəhbərlik etdiyi qurumun ərazisini genişləndirərəkkən təkcə yolun piyadalar üçün hissəsini ələ keçirməmişdi, üstəlik “İtalyan həyəti” kimi məşhur olan yaşayış binasına keçidi də əngəlləmişdi. Nəticədə evin sakinləri su və qaz sayğaclarına çıxışdan məhrum olmuşdular.

Virtualaz.org bildirir ki, bu gün səhər saatlarında bir qrup fəhlə kafenin yerləşdiyi əraziyə gəlib və tikinti texnikasının köməyi ilə qanunsuz şüşə artırmanı sökməyə başlayıb. O da maraqlıdır ki, artırma bütün tikinti normalarına zidd olaraq inşa edilib. Xüsusilə, bütün kanalizasiya qovşaqları onun altında qalıb. Bu isə fövqəladə hallarda paytaxın kommunal xidmətlərini bu ərazidə şəhər kanalizasiya sisteminə çıxış imkanlarından məhrum etməkdi…

 

DTX-nın həbs etdiyi məmurun restoranın söküntüsü başladı - Foto

/Virtualaz.org/

Trans
Bakıda "Səbinə" adı ilə tanınan cinsi azlığın nümayəndəsi Qismət Sultanov həbs edilib.

Qismət Sultanov karantin qaydalarını pozduğu üçün saxlanılıb.

Belə ki, o, Nərimanov rayonunda saxlanılarkən polisə müqavimət göstərib.

Nərimanov rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıb. Hüquq mühafizə orqanlarından BAKU.WS-ə faktı təsdiqlədilər.

Xatırladaq ki, bu, "Səbiş"in ilk həbsi deyil. 2018-ci ildə yaşadığı binada komendant işləyən şəxs ona nalayiq sözlər dediyi üçün həmin şəxsin üzərinə bıçaqla hücum çəkib.

Hadisədən bir müddət sonra saxlanılan Q.Sultanov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə) maddəsi ilə cinayət işi başlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

DİN-dən iş adamının silahının itməsi ilə bağlı
Daxili İşlər Nazirliyi “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərova məxsus tüfəngin itməsi barədə məlumata münasibət bildirib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərov may ayının 12-də İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir müddət əvvəl özünə məxsus “MLS 2121” markalı tüfəngin naməlum şəraitdə itməsi barədə məlumat verib. 

Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir.

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ!
Dələduzlar insanları aldatmaq üçün yeni bir üsula əl atıblar. Bəzi dələduzlar başqasının avtomobilini öz avtomobili kimi təqdim edərək ucuz qiymətə satışa çıxarırlar.

"Xəzər" TV bu barədə reportaj hazırlayıb.

Reportajda bildirilir ki, avtomobilə baxmaq üçün isə öncədən alıcılardan beh adı ilə pul alırlar. Pulu aldıqdan sonra isə yoxa çıxırlar. Son günlər bu dələduzların sayı o qədər artıb ki, elan saytlarında demək olar ki, iki maşını kəskin qiymət fərqi ilə tapmaq mümkündür.

Eyni avtomobilin bir elanda qiyməti 14 900, digərində isə cəmi 3 500 manatdır.

Başqa bir elanda 2009-cu ilin avtomobili 1 500 manata satılır. Halbuki avtomobilin faktiki bazar qiyməti bundan bir neçə dəfə bahadır.

Son zamanlar bəzi dələduzlar başqalarının avtomobillərinin şəkillərini paylaşmaqla pul qazanırlar.

Adətən bu elanlardakı maşınlar bazar qiymətindən qat-qat ucuz olur və təcili satıldığı qeyd edilir. Elanı görənlər isə ucuz avtomobil üçün zəng etdikdə avtomobilin "sahibi" onlardan beh istəyir. Pulu aldıqdan sonra isə yoxa çıxırlar. 

Belə hadisələrdən biri də Fərid Piriyevin başına gəlib. O deyir ki, tanımadığı adam ona zəng edərək avtomobilinin elan saytlarının birində 10 800 manata satışa qoyulduğunu deyib.

Fərid Piriyev deyir ki, bir müddət müxtəlif elan saytlarında avtomobilinin ucuz qiymətə satışa qoyulduğunu görüb. Sonradan öyrənə bilib ki, əslində bir qrup şəxs onun kimi bir neçə adamın maşınlarının şəkillərini paylaşaraq insanlardan beh alır.

Artıq şikayətçilərin bəziləri məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət ediblər.

Mütəxəssislər isə deyirlər ki, avtomobilin, dəyərindən qat-qat ucuz təklif edilməsi əslində alıcıda dələduzluq faktına dair şübhələr yaratmalıdır. Bu hallarla qarşılaşanlar diqqətli olmalıdırlar.

Bakıda marketdən oğurluq edən qız TUTULDU
Nəsim rayonunda marketdən oğurluq edilib.

 Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən marketdə şəhər sakini N.Novruzovun kassada qoyub getdiyi 150 manat pulu oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü L. Şiveyeva müəyyən olunaraq saxlanılıb.

Sabah hava necə olacaq?
Azərbaycanda mayın 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 14-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər .

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.

DTX-nin Dövlət Sərhəd Xidmətində keçirdiyi əməliyyatda üç rəis saxlanıldı

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

BakuPost-un əldə etdiyi məlumata görə, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri saxlanılıb.

Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

Hazırda araşdırmalar davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.  /Yenisabah.az/