ABŞ-da azərbaycanlılara hücum edən bu erməni axtarılır

Məlum olduğu kimi, iyulun 12-də Amerika erməniləri Azərbaycanla Ermənistan arasındakı sərhəd gərginliyinə görə Azərbaycanın Brentvuddakı konsulluğu qarşısında aksiya təşkil ediblər.

Hadisədən sonra Los-Anceles polisi nifrət cinayəti zəmnində hücum törədən ən azı üç nəfəri araşdırdıqları barədə məlumat yayıb. Polis onlardan birinin fotosunu yayaraq bu şəxsin Azərbaycanın Brentvuddakı konsulluğuna və azərbaycanlılara hücum edənlərin arasında olduğunu və fəallıq göstərdiyini qeyd edib.

Polis görüntüsü yayılan şəxsin yaşının 25 ilə 35, çəkisinin təxminən 70 ilə 75 kg arasında olduğunu, boyunun 165-170 sm, keçəl və saqqallı olduğunu bildirib. Onun açıq narıncı və ya çəhrayı rəngli bir köynək geyindiyi, həmçinin sol biləyinə qolbaq taxdığı qeyd olunub.

Digər iki şübhəlinin isə qara köynək və mavi cins şalvar geyindiyi bildirilib. Onlar haqqında əlavə məlumat verilməyib.

Şəhər polisi əhaliyə müraciət edərək bu şəxsin tapılması üçün kömək göstərməyi xahiş edir.

https://losangeles.cbslocal.com/2020/08/12/man-wanted-assault-armenian-protest-azerbaijani-consulate/

Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları mütəşəkkil cinayətkarlıqla məşğul olan, “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun dəstəsinin daha iki üzvünün yaxalanması istiqamətində Odessada xüsusi əməliyyat keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

“Təcili istintaq və əməliyyat tədbirlərinin nəticələrinə görə, kəşfiyyatçılar daha əvvəl bir sahibkarın qarət edilməsi, soyulması və qaçırılması ilə əlaqəli olan qrupun daha iki fəal üzvünü müəyyənləşdiriblər. Bu gün əməliyyatçılar tərəfindən Odessa şəhərində sahibkarların fəaliyətinə müdaxilə edənlər saxlanılıb”,- deyə məlumatda qeyd olunub.

Saxlanılan hər iki şəxs Ukrayna Cinayət Məcəlləsinin 187 (soyğunçuluq) və 146 (qanunsuz həbs və ya qaçırma) maddələri üzrə cinayət törətməkdə ittiham olunurlar.

 


 
Azərbaycanda zəlzələ olduYerli vaxtla saat 09:21-də Pirqulu stansiyasindan 14 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Ölkə.Az"a verilən məlumata görə, maqnitudası 3.7, dərinliyi 15 km olan təkanlar hiss olunmayıb.

Bakıda taksi sürücüsü müştərini baltalamaq istədiBakıda "9933" taksi şirkətinin sürücüsü "Vətəninfo.az" saytının baş redaktoru Nahid Canbaxışlını baltalamağa cəhd edib.

Bu barədə N.Canbaxışlı özü məlumat verib.

Onun sözlərinə gərə, dünən saat 20:07-da sifariş etdiyi "9933" taksi şirkətinin əməkdaşı (Opel Astra - 33-BG-034) tərəfindən 20:59-da hücuma məruz qalıb:
 
"Taksi sürücüsü məni Binə qəsəbəsində evə gətirdi. Hər dəfə taksi sifariş edəndə əsas yoldan 1 km 500 metr içəriyə həyət evlərinə olan hissəni də qeyd etdirirəm. Bu dəfə də elə etdim. Amma sürücü evin qarşısında daha çox pul tələb etdi və əlavə 1 kilometr 500 metr olan hissənin şirkət tərəfindən qeyd edilmədiyini bildirdi. Belə olduqda mən şirkətlə əlaqə saxladım və telefonu səsliyə alaraq sifarişimdə 1 kilometr 500 metr məsafənin qeyd olunub-olunmadığını soruşdum. Sürücüyə birbaşa şirkət operatoru bildirdi ki, sərnişinin mənzil başına kimi, yəni əlavə olmaqla sifariş verib və yol xərci ümumilikdə 8.87 AZN təşkil edir. Sürücü, hətta şirkətin operatoruna belə məhəl qoymayaraq əlavə vəsait tələb etdi. Məhəllədə evin qarşısında enib müəyyən olunan pulu sürücüyə verdim. Bundan sonra başladı söyüş və təhqirlə danışmağa. Ona tərbiyəli olmasını və problemini təmsil etdiyi şirkətlə həll etməsini bildirdim. Bu arada aramızda mübahisə düşən zaman maşının "baqaj"ın açaraq üzərimə balta ilə gəlməyə başladı. Hadisə evin qarşısındakı kameralara düşüb. Sabah şirkətə gedəcəm və bundan sonra da Baş Prokrorluğa şikayət edəcəm".
 

Abşeronda ana və qızını avtomobil vurdu

 

Abşeronda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə rayon ərazisində yolu keçən 1964-cü il təvəllüdlü Mustafayeva Yeganə Nizam qızı və onun övladı 33 yaşlı Mustafayeva Aygün Arif qızını avtomobil vurub.

Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Müayinə zamanı Y. Mustafayeva qapalı kəllə-beyin travması, A. Mustafayevaya isə müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Sabah havanın hərarəti 35 dərəcəyə yüksələcəkAzərbaycanda avqustun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24,  gündüz 29-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yayıb

Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən iyulun 14-dən 15-nə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil olunması, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə guya bir neçə şəxsin işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkildiyi iddia olunan fotolar yayılıb.
Qeyd olunan fotoların ölkə ərazisində çəkilməsi barədə iddialar tamamilə yalan və uydurma xarakter daşımaqla ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdür və cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edir.

Bakıda qardaş bacısının boğazını ülgüclə kəsib öldürdü

Bakıda bacısını öldürməkdə təqsirləndirilən Sahib Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Report xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyanın icraatındadır.

Qeyd edək ki, hadisə fevral ayında paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 12, mənzil 26-da qeydə alınıb.
Zəngilan rayon sakini, Sahib Ələkbər oğlu Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgüclə kəsərək qətlə yetirib.
Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gələrək cinayəti etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Bərdədə kütləvi dava

Bərdədə kütləvi dava baş verib.

Hadisə rayonun Şorəlli kəndində qeydə alınıb.

İnsident nəticəsində rayonun Böyük Göyüşlü kənd sakini Mənsur Camalov ölüb, Bağırov Rauf, Əzizov Nicat və Abbasov Adıgözəl isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı şəxslərin vəziyyətləri ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ermənilər atəşkəs rejimini 35 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.