Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 56-ya qədər artırılıb.
Paytaxtın Səbail rayonunda taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 38 m² olan mənzilin yanar konstruksiyaları və qonşu mənzillərdə arakəsmə divar ümumilikdə 20 m² sahədə yanıb.
Son günlər Bakı şəhərində, Elmlər Akademiyası yaxınlığında ilanların müşahidə olunması barədə ictimaiyyətə məlumat verilib, hətta videogörüntülər yayılıb.