Son xəbərlər

 

İlham Əliyevin hakimiyyəti Azərbaycanda daxili-siyasi sabitliyin simvolu olmaqla yanaşı, eləcə də ölkənin beynəlxalq nüfuzunu necə gücləndirə biləcəyinin nümunəsinə çevrilib.

 

Axar.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” nəşrinin Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə ölkə başçısı seçilməsinin 20 illiyi münasibətilə “Son 20 ildə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda nüfuzunu xeyli gücləndirib” adlı dərc olunmuş məqaləsində bildirilib.

“Dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində səmərəli və balanslaşdırılmış idarəetmə üçün sarsılmaz zəmin yarada bilib. Bu gün Azərbaycanın siyasi sistemi faktiki olaraq heç bir daxili çağırışla üzləşmir və genişspektrli risklərə müqavimət göstərir. Bütün bunlar İlham Əliyevin idarəçilik keyfiyyətlərinin nəticəsidir”, – məqalədə qeyd edilib.

Bildirilir ki, İlham Əliyev milli iqtisadiyyatın şaxələndirilməsinə və ixracdan asılılığın azaldılmasına birmənalı önəm verir, çünki vətəndaşların rifahını özünün prioriteti hesab edir:

“Dövlətin iqtisadi dayanıqlığı Azərbaycanın beynəlxalq münasibətlərdə strategiyasının müəyyənedici xüsusiyyətinə çevrilib. İnvestisiya sahəsində qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaratmaq məqsədilə ilkin mərhələdə Bakı münaqişələrin azaldılmasına və böhranların qarşısının alınmasına diqqət yetirib.

İlham Əliyevin hakimiyyəti illərində ölkə əsas maraqlarının perimetri boyu riskləri minimuma endirməyə nail olub. O, onilliklər ərzində Azərbaycanda gündəmi zəbt edən problemi həll etdi, Qarabağ bölgəsinə nəzarəti bərpa edə bildi. Hazırkı prezidentin rəhbərliyi altında ölkə faktiki olaraq bir vaxtlar işğal olunmuş region ətrafında yerli erməni əhalisinin maraqlarını hərtərəfli nəzərə alaraq total reinteqrasiya üçün şərait yaradıb.

İyirmi il ərzində Prezident bütün seçki vədlərini praktiki olaraq yerinə yetirib: genişmiqyaslı regional layihələr həyata keçirilib, dövlətin gəlirləri artır, yeni iş yerləri açılır, sosial problemlər həllini tapır. Azərbaycan regionda faktiki və şəksiz liderə çevrilib”.

04 İyun 2025 Azərbaycan enerji diplomatiyasında qlobal gücə çevrilir
04 İyun 2025 "Rusiya ilə NATO arasında qlobal miqyaslı strateji qarşıdurma mövcuddur" MÜNASİBƏT BİLDİRİLDİ
02 İyun 2025 "Müharibə zamanı yalnız fiziki yox, həm də mənəvi və siyasi itkilər baş verir" - POLİTOLOQ ŞƏRH ETDİ
30 May 2025 Güclü siyasi iradə, qətiyyət və xalqın maraqlarına sadiqlik
29 May 2025 “Kaspi kids”də döyülən uşağın atası danışdı - “Pul təklif etdilər”+Video
26 May 2025 Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Talış folkloru konserti” təşkil olunub
26 May 2025 28 May müasir inkişaf yolunun təməl tarixidir
23 May 2025 "AXC bugünkü müstəqil Azərbaycanın təməlini atmış oldu" - MÜNASİBƏT BİLDİRİLDİ
23 May 2025 “Dönər satılan yerin ümumi görünüşü çox şey deyir” - EKSPERT DANIŞDI
23 May 2025 "Bitkoinin qiyməti iki dəfə yüksələrək 110 min ABŞ dolları civarında qərarlaşmışdır" - EKSPERT FİKRİ
23 May 2025 "TDT ilk dəfə müşahidəçi statusuna malik bir ölkədə toplandı" - MÜNASİBƏT BİLDİRİLDİ
23 May 2025 “Möminə xatun türbəsi xalqımızın milli sərvətidir” - MÜNASİBƏT BİLDİRİLDİ
23 May 2025 "Dondurma alarkən onun qoxusuna diqqət yetirilməlidir" - AYDINLIQ GƏTİRİLDİ
23 May 2025 Azərbaycanın təşəbbüsləri fonunda strateji əməkdaşlıq nümunəsi
22 May 2025 "İnsanların ekoloji şüuru artırılmalıdır" - EKOLOQ DANIŞDI
22 May 2025 "Problemin kökündə Rusiyanın işğalçılıq siyasəti dayanır" - MÜNASİBƏT BİLDİRİLDİ
22 May 2025 Qurban bayramı ilə bağlı fitva verildi
21 May 2025 Strateji tərəfdaşlıq və milli maraqlara əsaslanan siyasət
19 May 2025 "Jurnalistlər və media orqanlarının üzərinə böyük məsuliyyət düşür" - MÜNASİBƏT BİLDİRİLDİ
13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət