![]() |
![]() |
Onun sözlərinə görə, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən çox ciddi ölkələrdən biridir: "Eyni zamanda, dövlətimiz dünya siyasətində də ciddi rol oynayır. Azərbaycan Prezidentinin nüfuzu kifayət qədər yüksəkdir və bütün dünya bunu qəbul edir. Bu baxımdan hesab edirəm ki, regionda hələ də davam edən gərginliyin aradan qaldırılması, altı ölkənin bir araya gəlməsi və vaxtaşırı müzakirələrin aparılması üçün bir konstruksiyanın yaradılması dünyaya müsbət mesajların çatmasına xidmət edəcək".
"Doğrudur, üç ölkə arasında hələ kifayət qədər anlaşılmazlıq və həll olunası məsələlər var. Amma Azərbaycan-Türkiyə qardaşlığı, bu iki ölkənin regionda sülhün təmini üçün atdığı addımlar "3+3" formatının da gələcəkdə işlək bir formata çevrilməsinə böyük təsir göstərəcək",- deyə o əlavə edib.