Son xəbərlər

 

"Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Lakin Ermənistanın və onun havadarlarının davranışları dayanıqlı sülhün əldə olunmasına imkan vermir. Son zamanlar isə guya Laçın-Xankəndi yolunun bağlı olması və Qarabağ ermənilərinin “blokada şəraitində” qalması barədə iddialar səsləndirilir. ABŞ Dövlət katibi Antoni Blinkenin sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb”. Bu fikirləri SİA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev telefon söhbəti zamanı prinsipial mövqeyini bir daha ABŞ rəsminin diqqətinə çatdırıb: "Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Artıq hamıya məlumdur ki, ermənilərin davranışları siyasi manipulyasiyadan başqa bir şey deyil. Əgər həqiqətən “humanitar böhran” varsa, yardımların onlar üçün hansı yolla çatdırılmasının fərqi olmamalıdır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yükləri çatdırılsa da, 10 gündür ki, qanunsuz separatçı rejimin bundan imtina edir, humanitar yardımların dinc əhaliyə çatdırılmasına imkan vermir. Prezident İlham Əliyevin dediyi kimi, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır. Digər tərəfdən, Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər".

Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfindən “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına Azərbaycanla razılaşdırmadan humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir: "Cənab Prezident bu məqamı da Antoni Blinkenin diqqətinə çatdırıb. Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onların bundan imtina etdiklərini xatırladıb".

 

“Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. ABŞ da bölgədə sülhün təmin olunması üçün maraqlı görünür. Bu dövlətin Azərbaycanla Ermənistan arasında münasibətin normallaşdırılması prosesində fəal vasitəçiliyi də bunu təsdiqləyir. Təsadüfi deyil ki, sülh sazişi üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin indiyədək keçirdiyi altı görüşdən üçü məhz ABŞ-da baş tutub. Telefon söhbəti zamanı Antoni Blinken sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb. ABŞ-ın bu mövqeyi təqdirəlayiqdir. Lakin ABŞ Ermənistana qeyri-konstruktiv mövqeyindən əl çəkməsi üçün təzyiq göstərməlidir. Vaşinqtonun bunun üçün kifayət qədər imkanları var”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

23 May 2025 Azərbaycanın təşəbbüsləri fonunda strateji əməkdaşlıq nümunəsi
22 May 2025 "İnsanların ekoloji şüuru artırılmalıdır" - EKOLOQ DANIŞDI
22 May 2025 "Problemin kökündə Rusiyanın işğalçılıq siyasəti dayanır" - MÜNASİBƏT BİLDİRİLDİ
22 May 2025 Qurban bayramı ilə bağlı fitva verildi
21 May 2025 Strateji tərəfdaşlıq və milli maraqlara əsaslanan siyasət
19 May 2025 "Jurnalistlər və media orqanlarının üzərinə böyük məsuliyyət düşür" - MÜNASİBƏT BİLDİRİLDİ
13 May 2025 Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO
13 May 2025 Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK